Əsas məzmuna keç
24 noyabr 2026, Çərşənbə axşamı · 12:49
NOVA.AZ
Azərbaycan

Abşeron dəniz blokunun kəşfiyyatı ilə bağlı saziş təsdiqləndi

Abşeron dəniz blokunun kəşfiyyatı ilə bağlı saziş təsdiqləndi

Milli Məclis "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişin həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini təsdiq edib.

Oxu.Az xəbər verir ki, sənəd parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC İnternational ProjectCo 1RSC Limited" şirkətləri arasında imzalanmış saziş dəyişdirilib və yeni redaksiyada tərtib olunub.

Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.


Mənbə: Oxu.Az

Oxşar xəbərlər